reklam
Lisenziya qazanmış idmançılarımızla videokonfrans keçirildi -
Sportfm.az xəbər saytı

Lisenziya qazanmış idmançılarımızla videokonfrans keçirildi -FOTO


Milli Olimpiya Komitəsi (MOK) Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanmış idmançılar və federasiyaların nümayəndələrinin iştirakı ilə videokonfrans təşkil edib. 

Sportfm.az xəbər verir ki, tədbirin əsas mövzusu qlobal koronavirus pandemiyası ilə mübarizə çərçivəsində elan olunmuş karantin rejimi şəraitində idmançıların və onların məşqçilərinin fiziki, psixoloji və ümumi hazırlıq məsələsi, postkarantin dövründə gerçəkləşdirilməsi nəzərdə tutulan işlərdən ibarət olub. 

Qarşıdakı günlərdə Beynəlxalq Olimpiya Komitəsinin olimpiadaya lisenziya prosesi ilə bağlı yenilənmiş qərarları açıqlayacağı barədə də idmançılara məlumat verilib. Bundan başqa Tokio-2020-də iştirak üçün hazırlığın yüksək səviyyəsinə çatmış idmançıların karantin rejimində məşqlərini ev şəraitində davam etdirmələri müsbət dəyərləndirilib. 

Eyni zamanda karantin müddətində MOK-un təşkil etdiyi #Evdeqal #idmanlaqal kampaniyası haqqında fikir mübadiləsi aparılıb, yeni layihələrə dair təkliflər müzakirə olunub. 

Sonda müzakirə olunan məsələlərlə bağlı suallar cavablandırılıb.

Oxşar xəbərlər

8 qat Avropa çempionumuz sertifikat aldı - Tokio-2020 üçün
Milli Olimpiya Komitəsinin iclası keçirildi - İdmançılara tapşırıqlar verildi
Olimpiadaya lisenziya qazanmış idmançıların taleyi necə olacaq? - AÇIQLAMA
Olimpiadaya qazanılan lisenziyalar ləğv olunmayacaq
Yay Olimpiya Oyunları təxirə salınmayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər