İntellektual Çempionat keçiriləcək -Könüllülər arasında
Aprelin 30-da AVRO-2020 könüllüləri üçün Onlayn İntellektual Çempionata start veriləcək.
Sportfm.az xəbər verir ki, çempionatın təşkilində məqsəd könüllülərin şəxsi inkişafının təmin olunması, dünyagörüşlərinin artırılması, asudə vaxtlarının səmərəli keçirilməsi, könüllülük dəyərlərinin aşılanmasıdır.
Hər ay davam edəcək çempionatın 2000 könüllü arasında keçirilməsi planlaşdırılır. Canlı olaraq təşkil olunacaq oyun eyni anda 10 “whatsapp” və “telegram” qrupu daxilində baş tutacaq. Hər qrupda 200 könüllü öz biliyini sınayacaq.
Qeyd edək ki, yarışa qatılacaq könüllülər “Google” proqramı vasitəsilə hazırlanacaq sualları əvvəlcədən təyin olunmuş vaxt ərzində cavablandırmağa çalışacaqlar. Sualları cavablandırmaq üçün veriləcək vaxt azlığını nəzərə alan təşkilatçılar çempionat zamanı iştirakçıların hər hansı internet resursundan istifadə edə bilməyəcəklərini vurğulayıblar.
Dörd mərhələdən ibarət olacaq yarış ümumilikdə 15 dəqiqə davam edəcək. Sonda qalib olacaq ilk üç yerin sahibinə xatirə hədiyyələri təqdim olunacaq.
Oxşar xəbərlər
“Qarabağ Azərbaycandır!” - Beynəlxalq turnir keçiriləcək
Fərid Quliyev AFFA-nın təşkil etdiyi çempionatda - FOTO
Azərbaycanın ilk FIFA20 liqası start götürəcək - Onlayn
Şamaxıda yay düşərgəsi keçiriləcək
Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Riçard Almeyda “Qarabağ”da işə başladı
-
Gülər Hüseynova finala yüksəldi - Yeniyetmələrin Yay Olimpiya Oyunları
-
Lixtenşteyn – Azərbaycan matçının hakimləri bilindi - Millətlər Liqası
-
“Sumqayıt”ın kapitanı Pakistan millisində
-
Rəhim Həsənov müahisəli epizodları şərh etdi - VİDEO
-
Yığmamız Almaniyaya böyük hesabla məğlub oldu















Misli Premyer Liqası