Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Rafael Ağayev ondan çəkindiyini etiraf etdi -FOTO
Karate üzrə beşqat dünya çempionumuz Rafael Ağayev ilk dəfə ən çəkindiyi rəqibin adını açıqlayıb.
Sportfm.az xəbər verir ki, o, ukraynalı karateçi, ikiqat Avropa çempionu Anjelika Terlyuqa ilə canlı "İnstagram” bağlantısında bu sirri açıb.
Dünya çempionumuz bildirib ki, İrandan olan, milliyyətcə azərbaycanlı, dördqat dünya və dördqat Asiya çempionu Bəhmən Əsgəri Qönçə onun üçün narahat rəqibdir:
"O, çox uzundur. Boyu mənimkindən hündürdür. Ucaboy olduğu üçün qolları da uzundur. Bu üzdən çalışıram ki, onunla döyüşəndə çox yaxın olmayım. Çünki əlləri ilə məndən asanlıqla xal ala bilər. Bəhmən mənim üçün uğursuz rəqibdir”.
Rafael Ağayev digər maraqlı məsələlərə də toxunub: "Facebook”a çox girmirəm. Heç öz şifrəmi bilmirəm. Amma daha çox vaxtımı "İnstagram”da keçirirəm. İngiliscə bilmirəm. Mənə yazılanları dostuma tərcümə etdirirəm. Amma bəzən ərəbcə yazırlar, başa düşmürəm. Mənə Braziliya, Meksika kimi ölkələrdən yazıb fanatım olduqlarını deyirlər. Cazz və repə qulaq asmıram. Çünki bu janrı başa düşmürəm. Amma rus, türk, ərəb pop musiqilərinə qulaq asıram”.(oxu.az)
Oxşar xəbərlər
Rafael Ağayev ABŞ idmançısı məğlub etdi - FOTO
Rafael Ağayev 3-cü döyüşünə çıxır - “Karate Combat”da
Rafael Ağayev dünya çempionu ilə virtual döyüşdü - VİDEO
Rafael Ağayev bürünc medal üçün döyüşəcək
Rafael Ağayev Belçikada gəncləri başına topladı - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Riçard Almeyda “Qarabağ”da işə başladı
-
Gülər Hüseynova finala yüksəldi - Yeniyetmələrin Yay Olimpiya Oyunları
-
Lixtenşteyn – Azərbaycan matçının hakimləri bilindi - Millətlər Liqası
-
“Sumqayıt”ın kapitanı Pakistan millisində
-
Rəhim Həsənov müahisəli epizodları şərh etdi - VİDEO
-
Yığmamız Almaniyaya böyük hesabla məğlub oldu














Misli Premyer Liqası