reklam
Videokonfransda hansı məsələlər müzakirə olundu? -
Sportfm.az xəbər saytı

Videokonfransda hansı məsələlər müzakirə olundu? -UEFA açıqladı


UEFA quruma üzv olan 55 milli assosiasiya nümayəndələri ilə bugünkü videokonfrans barədə məlumat yayıb.

Sportfm.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, iclasda martın ortalarında yaradılan iki İşçi Qrupun nəzərdən keçirdiyi və təqdim etdiyi yeni variantlar müzakirə olunub.

Həm milli komandaların, həm də klub yarışlarının oyunlarını əhatə edən müxtəlif təqvim variantları təklif olunub.

Növbəti dəfə assosiasiyalara əsas çempionatları və kubok yarışlarını tamamlamaq ciddi şəkildə tövsiyə edilib. Həmçinin klubların avrokuboklarda iştirakı üçün yeni təlimatlar hazırlanandan sonra istisna hallarda liqaların ləğvi ilə bağlı məsələlərin müzakirə olunacağı bildirilib.

Bundan əlavə, UEFA-nın "Hat-Trick" proqramı vasitəsilə milli assosiasiyaların maliyyələşdirilməsi məsələsi növbəti dəfə qurum rəhbərliyi ilə müzakirə olunub.

Sonda isə qeyd olunub ki, yuxarıdakı mövzulara dair hər hansı bir qərar aprelin 23-də UEFA İcraiyyə Komitəsinin iclasından sonra elan ediləcək.

Oxşar xəbərlər

AFFA UEFA-nın təklifi ilə razılaşdı
AKF-in virtual görüşü baş tutdu - Yarışlarının keçirilməsi müzakirə olundu
PFL daha bir videokonfransda iştirak edib
Mövsüm iki şərtlə erkən bitirilə bilər - Azərbaycan çempionatı
Premyer Liqamızda mövsüm erkən bitirilə bilər - İki şərtlə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər