reklam
AKF-in virtual görüşü baş tutdu -
Sportfm.az xəbər saytı

AKF-in virtual görüşü baş tutdu -Yarışlarının keçirilməsi müzakirə olundu


Avropa Karate Federasiyasının (EKF) ikinci virtual görüşü baş tutub. 

Sportfm.az xəbər verir ki, iclasda koronovirus pandemiyası şəraitində karatenin inkişafı məsələləri müzakirə olunub.

EKF-in prezidenti Antonio Espinosun rəhbərlik etdiyi videokonfransda qitənin 30-dək milli federasiyasının prezidenti iştirak edib. Digər qitə federasiyaları ilə görüş isə ikinci hissədə baş tutub.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti və EKF-in İdarə Heyətinin üzvü Yaşar Bəşirov çıxışında milli federasiyanın bu dövrdə virtual fəaliyyətindən və idmançıların hərtərəfli dəstəkləndiyindən söz açıb. Görüşün sonunda Espinos bu çətin günlərdə milli federasiyaların işlərini yüksək qiymətləndirib.

Videokonfransda yarışların keçirilməsinin mümkün variantları müzakirə edilib, birgə səylər nəticəsində qarşıdakı aylarda həyatın öz axarına düşəcəyinə və turnirlərin bərpa ediləcəyinə inam ifadə olunub.

Oxşar xəbərlər

Bakıda daha bir turnir təşkil ediləcək
Bəşirov Dünya Şotokan Federasiyasının vitse-prezidenti təyin edildi
Yaşar Bəşirov WKF-in fəxri medalı ilə təltif edildi - FOTO
Berlindən qızıl medalsız qayıdırıq - FOTO
Dünya Karate Federasiyasının növbədənkənar konqresi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər