Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Qalatasaray"ın sabiq oyunçusunda koronavirus aşkarlandı
Belçika basketbolunun əfsanəvi oyunçularından, "Qalatasaray" klubunun sabiq üzvü Enn Vouters koronavirusa yoluxub.
Sportfm.az xəbər verir ki, bu barədə idmançı özü deyib.
39 yaşlı veteran basketbolçunun sözlərinə görə, ötən həftə götürülən analizin nəticəsi müsbət çıxıb.
Xəstəliyin çətin keçdiyini söyləyən E.Vouters virusun olduqca təhlükəli olduğunu bildirib: "Güclü vücuda sahib olduğumu düşünürdüm. Amma virus məni təsiri altına aldı. Xəstəliyi yaşamamış biri üçün olduqca qorxulu vəziyyət idi".
Keçmiş oyunçu gənclərə və ya özünü güclü hesab edənlərə xəbərdarlıq edib: "Xahiş edirəm, evdə qalın, qaydalara əməl edin və bir-birinizə diqqət yetirin".
Oxşar xəbərlər
“Qalatasaray”da yoluxma - 3 futbolçuda koronavirus
3 futbolçuda virus aşkarlandı
Əfsanəvi futbolçu virusa yoluxdu - Testi müsbət çıxıb
Türkiyə yığmasının əfsanəvi qapıçısında koronavirus aşkarlandı - FOTO
Fatih Terimi o yoluxdurub - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası