25 funt-sterlinq maaş alan dahi sərxoş -HƏYAT DRAMI
Barəsində söz açacağım keçmiş futbolçunun adı uzun müddətdir dünyada futbol azarkeşləri arasında "sərxoş futbolçu" olaraq daha çox hallanır. Tərəfdarlar onun oyununa həsad aparır, jurnalistlər isə onun sərxoş davranışlarını və qalmaqallı hekayələrini təsvir edirdilər. O, 90-cı illərin ən parlaq və istedadlı futbolçulardan biri idi, lakin dəhşətli xarakteri və pis vərdişləri onun potensialını tam olaraq açmağa mane olurdu. Qazandığı kubokları barmaqla saymaq olar, amma buna baxmayaraq futbolçu özünü dahi hesab edir. Çünki o, Pol Con Qaskoyndur.
1990-cı illərin ingilis və dünya futbolunun ən mübahisəli simalarından biri haqqında yazını sizlərə təqdim edirəm.
Pol Qaskoyn 27 may 1967-ci ildə Britaniyada, Danston kəndində anadan olmuşdur. Valideynləri onu Bitlz qrupunun üzvləri Pol Makkartni və mərhum Con Lennonun şərəfinə Pol Con adlandırırlar.
Məktəb dövrlərində olarkən onun uşaqlığı qeyri-sabitlik, faciə və kədərlə xarakterizə olunur. Həmin dövrdə həddən artıq çox davalar edir tez-tez yalan danışır və hətta oğurluq edirdi.
10 yaşında olarkən faciəli bir hadisə isə məncə ömrünün axırınadək Qaskoynu izləyəcək. Belə ki, gülərin bir günü mağazadan oğurluğa hazırlaşarkən öz dostunun qardaşı, Stiven Spraqqonu bu planın iştrakçəsı edir. Planı reallaşdıran zaman , Pol satıcının başını qatmalı digəri isə oğurluq mallarla "aradan çıxmalı" idi. Uşaq qaçaraq yolu keçərkən həmin yoldan keçən avtomobil idarəetməni itirib onu vurur. Nəticədə Stiven həyatını itirir.
Pol Qaskoyn: "Bu, mənim gördüyüm ilk meyit idi və Stivenin ölümünün mənim səhvim idi. Hələdə həmin qəzanı yaşayıram. Bu barədə danışmaq məni ağladır."
Digər ölüm halı isə Pol əmisinin yanında işləyərkən baş vermişdir. Gənc dostu avtomobil qəzasında dünyasını dəyişmişdir. Bütün bunlar Polun inkişafına olduqca mənfi təsir göstərirdi. Məhz həmin dövrlərdə Pol küçələrdə top qovmağa başlamışdır.
12 yaşında olarkən bir çox skautlar Qaskoynu öz komandalarına dəvət edirlər. Bunların arasında Midlsbro, İpsviç və Sunderlend kimi klublar var idi. Lakin heç biri Polun ürəyinə yatmır. Çoxdan gözlənilən Nyukasl dəvəti 1980-ci ilin yayında nəhayət reallaşır. "Bəs bu vaxta qədər harada idiniz?" - deyə Pol bu dəvəti sevinclə qarşılayır. Pol Nyukasl klubunun qatı fanatı idi.
Pol, tərəddüd etmədən "sağsağanların" təklifini qəbul edir və Nyukaslın sıralarına qatılır. Məktəb dövrü başa çatır və 16 yaşında "ağ-qaralar" ilə ilk müqaviləsini imzalayır. O, əvəzedici heyətə keçirilir və həftədə £25 məvacib alır.
Kapitanı olduğu komanda 1985-ci ildə FA gənclər kubokunu qazanır və beləliklə Pol Qaskoyn əsas komandanın nəzərini öz üzərinə cəlb edir.
18 yaşının tamam olması ərəfəsində Pol, həftədə £120 maaşla Nyukaslın əsas heyətində ilk peşəkar müqaviləsini imzalamaq təklifi alır. Qazza (Qaskoyna verilən ləqəb) bunu böyük bir sevinclə qarşılayər və növbəti mövsümdə Nyukaslın tam hüquqlu oyunçusu olur.
Nyukasl qəzetlərinin jurnalistlərindən biri Qaskoynu "Ağılsız Corc Best" adlandırır. Bu heç təəccüblü deyil. Qazandığı pulları qumar apparatlarına, gecə klublarına və qadınlardan ibarət sərxoş yığıncaqlara xərcləyirdi. Və kifayət qədər problemli mübahisələrin iştrakçısı olurdu.
Nyukaslın bir hissəsi olaraq, Qaskoyn tez bir zamanda klubun liderlərindən birinə çevrilir, lakin bir il sonra istedadlı yarımmüdafiəçinin həmin klubda qalmaq istəmədoyi məlum olur. İngiltərə çempionatında 11-ci yerdə olmaq, gənclərdən ibarət İgiltərə millisinin heyətində oynayan Qazzanın tələblərini qane etmirdi. Qaskoyn, Nyukasl ilə kuboklara və şəxsi titullara yalnız kənardan baxa bilərdi. Digər klubların təklifi isə özünü çox gözlətmədi.
Nyukaslın heyətində 92 oyuna 21 qol.
Tottenhemin çalışdırıcısı Terri Veneyblz və tanınmağa yeni başlayan Mançester Y-in baş məşqçisi Aleks Ferqüson futbolçunu öz sıralarına qatmağa xüsusilə səy göstərirdilər. Qazza uzun müddət tərəddüd edir və nəticədə öz hiyləsini işə salır. Onu Mançesterdə gözləyən Ferqüsona istirahətə gedəcəyini söyləyir, özü isə Tottenhemin rəhbərləri ilə görüşür və müqavilə imzalayır. Ser Aleks bu günə qədər bu hiyləgər yalanı yaddan çıxara bilmir.
Aleks Ferqüson: "Heç vaxt qırmızı forma geyməməsi bizim səhvimiz deyil, onun öz səhvi idi. Əminəm ki, ona gözəl bir təklif vermişdim. Düşünürəm ki, fikrini dəyişməsi faktı hər ikimizə zərbə vurdu "
Əlbəttə ki, London klubunu seçməsi qərarının səhf olduğunu Qaskoyn gözəl anlayırdı. Ferqüsonun başçılığı altında daha tez, daha sağlam və daha iri addımlarla irəliləmək şansını əldən vermişdir. Ferqüsonun futbolçulara təkcə meydanda deyil ondan kənardada verdiyi tərbiyəni hamımız bilirk.
Londonda Qazza tez bir zamanda məskunlaşır, və təkcə futbol sahəsində deyil digər məsələlərdədə adı tez-tez hallanmağa başıayır. Tottenhemin uğurları üçün parlaq oyunla yanaşı səs-küylü içki məclisləri və qalmaqallarla diqqət mərkəzinə düşür. Məhz bu dövrdə içki Pol Qaskoynun ən sevimli motivasiyasına çevrilir. KİV nümayəndələri üçün əlamətdar bir dövr idi. Qaskoyn, özüdə istəmədən jurnalistlərin gülünc xəbər yayması üçün onlara daim "köməklik" edə bilirdi. Komanda rəhbərliyinisə onun əyyaşlığına daima göz yumurdu çünki, komandaya olduqca lazım idi və xeyir gətirə bilirdi.
Yazının davamında sizlərə Qaskoynun adı ilə bağlı 5 ən maraqlı və gülünc əhvalatı təqdim edəcəm...(davamı var)
Emin Şəmsiyev
Oxşar xəbərlər
Eynəkli dahi - PORTRET
Dahi sərxoşun həyat dramı - İKİNCİ HİSSƏ
Fabrikdə çalışan, barmen işləyən bombardirin uğur hekayəsi - YAZI
Bir dahinin sonu - “Mənim kimi ölməyin” - FOTO
Ulduzluqdan əyyaşlığa...DAHİNİN DRAMI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası