
Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
Ulduzluqdan əyyaşlığa...DAHİNİN DRAMI
İngiltərə yığmasının sabiq ulduz futbolçusu Pol Qaskoyn biabırçı vəziyyətdə fotokameralara yaxalanıb. Britaniya idman mətbuatının gündəmini zəbt edən xəbərdə əyyaş həyatı sürən Qaskoynun yarıçılpaq görüntüləri yer alıb. 90-cı illərdə çoxlarına futbolu sevdirən isimlərdən biri idi Pol Qaskoyn. Əzmkar, döyüşkən xarakterli, əsl lider, mübariz və istedadlı ingilis. "Qazza" ləqəbli futbolçu İngiltərə Premyer liqasının ən yaxşısı olduqdan sonra, yollandığı İtaliyanın çətin futbol çempionatında ad çıxarmışdı. Lövbər saldığı "Qlazqo Reyncers"də ondan çox razı idilər. Ancaq bütün bu illər ərzində o öz istedadı ilə yanaşı, spirtli içkilərə olan sevgisini yanında daşıyırdı. Qaskoyn oyundan əvvəl, sonra, istirahət zamanı, hər yerdə spirtli içki şüşəsini yanında gəzdirirdi. Bəzən ekranlara çıxıb, bu işləri buraxdığını, sağlam həyat tərzi sürdüyünü, fikrini yalnız sehrli top oyununa verdiyini bəyan edirdi. Ancaq bu belə deyildi..Pol hər dəfə ona baxan şüşəyə sanki imtina edə bilmirdi! Uzaq Çinə səfərdən biraz sonra Qaskoyn futbolu buraxdı, işçi şüşəsini isə ata bilmədi... Hazırda 49 yaşı olan Pol 80-90 yaşlı qocaya bənzəyir, illər ərzində sehrli ayaqları ilə qazandığını pulları zəhər saçan, ömrünü qısaldan içkiyə sərf edir. Son dəfə görüntüləndikdən sonra isə belə görünür ki, geriyə yol yoxdur. Şərab daha bir futbol dahisini öz dənizində boğmaq üzrədir...
Araz Əhmədov
Oxşar xəbərlər
Dahi sərxoşun həyat dramı - İKİNCİ HİSSƏ
25 funt-sterlinq maaş alan dahi sərxoş - HƏYAT DRAMI
Pol Qaskoyn məhkəmədə cavab verməli oldu
İndidə cinsi zorakılıqda ittiham edilir
Atasını müalicə etdirdi, hamı ondan danışır - FOTOLAR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin