reklam
Sportfm.az xəbər saytı

"COVID-19 planları dəyişdirdi" -Ramil Quliyev


Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev “TRT Spor”a açıqlama verib.

Sportfm.az xəbər verir ki, 29 yaşlı dünya və Avropa çempionu koronavirus pandemiyasının idmana təsirindən danışıb:

“Evdə hazırlaşıram. Digər insanlarla mümkün qədər az təmas qurmaq lazımdır. Ehtiyac yoxdursa, evdə çölə çıxmıram. COVID-19 planları dəyişdirdi. Digər tərəfdən müsbət tərəfi də ola bilər. 12 il fasilə vermədən yarışlara qatılıram. Bu il fiziki və psixoloji cəhətdən dincələcəyəm”. 

Ramil Tokio olimpiadasının gələn ilə təxirə salınmağı barədə fikrini bildirib:

“İdmançı həyatı uzun deyil. 1 il ərzində ciddi dəyişiklik olacağına inanmıram. Mövsümə daha böyük motivasiya ilə başlayıb, olimpiadaya yüksək enerji ilə hazırlaşacağam”.

Oxşar xəbərlər

Ramil Quliyev finala çıxa bilmədi - Tokio-2020
Ramil Quliyev bu dəfə medalsız qaldı - Brilliant Liqa
"Hədəfim idman karyeramda 3 medal qazanmaqdır" - Ramil Quliyev
"2021-ci il olimpiadası üçün daha güclü olacağam" - Rüstəm Orucov
"Sadəcə, qalib gəlmək istəyirəm" - Mariya Stadnik

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər