Koronavirusdan qorunmağın yolu -İdman etmək
Koronavirusdan qorunmaq üçün alkoqol və siqaretdən imtina etməklə yanaşı, müntəzəm olaraq idman etmək lazımdır.
Sportfm.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhan Ghebreyesus deyib. O, hər gün idmanla məşğul olmağı tövsiyə edərək bildirib ki, bu cür tədbirlər koronavirusla mübarizəyə kömək edəcək.
ÜST rəhbəri, virusa yoluxma halında siqaretin xəstəliyi ağırlaşdıra biləcəyini vurğulayıb. Baş direktor, şəkər tərkibli içkilərdən də imtina etməyi, daha çox təbii qidalara keçməyi, oturaq işlə məşğul olanlara isə hər 30 dəqiqədən bir 3 dəqiqə hərəkət etməyi, pozanı dəyişməyi tövsiyə edib. Çünki sağlam qidalanma və aktivlik immunitet sistemini gücləndirir. O, pis vərdişlərin əvəzinə gündə ən azı yarım saat idman etməyin doğru olduğunu deyib.
Tedros Adhan Ghebreyesus qeyd edib ki, Çinin koronavirusla mübarizədəki uğuru xəstəlik üzərində qələbəyə ümid verir: "Həmrəylik COVID-19-u məğlub etməyin açarıdır".
Oxşar xəbərlər
Güləşçilərə məşqdə uzunqol köynək geyinəcək - Yenilik
"Növbəti Olimpiya Oyunlarına qədər müsbət nəticələr əldə edə bilərik" - ÜST-nin baş direktoru
"Gəlsinlər, idmanla məşğul olsunlar və öz sağlamlıqlarına diqqət yetirsinlər” - Mədət Quliyev
İslam dini idmanda hansı şərtlər və qadağalar qoyur? - İlahiyyatçı danışır
5 gün 30 dəqiqə nə üçün kifayət edir?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası