Premyer Liqa klubları "Siti"nin qovulmasını istəyir
"Mançester Siti" nin maliyyə pozuntuları ilə bağlı Premyer Liqa klublarının mövqeyi bəlli olub.
Sportfm.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb. Bir çox klublar “Mançester Siti”nin son 9 mövsümdə maliyyə qaydalarını pozmaqda təqsirli bilinəcəyi təqdirdə Premyer Liqadan qovulmasını istəyir.
"Böyük altılıq" adlanan klublar "Mançester Siti"nin qayda pozuntusuna görə cəzalandırılması üçün israr edirdilər. “Mançester Siti”dən başqa, bu "böyük altılıq"a “Mançester Yunayted”, “Liverpul”, “Arsenal”, “Çelsi” və “Tottenhem” daxildir.
Qeyd olunur ki, "Mançester Siti" üçün cəza olaraq kuboklardan məhrum edilməsi mənasız hesab edilir. Premyer Liqa bunun yalnız lazımsız çaşqınlıq yaradacağını düşünür. "Şəhərlilər"in cərimələnməsi isə bütün mümkün cəza üsulları arasında ən az effektiv hesab olunur.
Əlavə edək ki, “Mançester Siti” son 11 ildə altı dəfə Premyer Liqa çempionu olub. Komanda hazırda yarışın turnir cədvəlində 45 xalla 2-cidir. Klub çoxsaylı maliyyə fair-play pozuntusunda ittiham edilir.
Oxşar xəbərlər
Böyük derbidə 9 qol - İngiltərə Premyer Liqası
“Mançester Siti”dən yeni rekord - 10-cu dəfə qələbə ilə başladı
“Mançester Siti” – “Arsenal” oyununun vaxtı məlum oldu
Sona 5 tur qalmış, 5-ci çempionluqlarını rəsmiləşdirdilər
“Mançester Siti” son 63 ildə ilk dəfə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası















Misli Premyer Liqası