reklam
Məhəmməd Salah 1.17 milyon avro bağışladı -
Sportfm.az xəbər saytı

Məhəmməd Salah 1.17 milyon avro bağışladı -Koronavirusla mübarizəyə görə


İngiltərənin "Liverpul" klubunun misirli futbolçusu Məhəmməd Salah koronavirusla mübarizə üçün ölkəsinə 1 milyon avrodan çox ianə edib.

Sportfm.az xəbər verir ki, bu barədə Misirin sabiq idman naziri Xalid Abdulaziz "Twitter" hesabında paylaşım edib. O, 28 yaşlı yarımmüdafiəçinin 20 milyon Misir funtu (1.17 milyon avro) bağışladığını yazıb.

Qeyd edək ki, İngiltərədə bütün futbol matçları koronavirusa görə aprelin 4-dək təxirə salınıb.

Koronavirus ilk dəfə ötən ilin sonlarında Çinin Uhan şəhərində aşkarlanıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. 

Oxşar xəbərlər

Dünyasını dəyişmiş futbol meneceri ilə çalışan oyunçular - SİYAHI
Ən çox transfer qiymətinə malik olanlar - TOP-10
Salahdan örnək addım - Yardım ayırdı
Dünyanın ən bahalı futbolçuları - TOP 10
Onu almaq istəyən nə qədər pulundan keçməlidi?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər