reklam
Sportfm.az xəbər saytı

"Gecə yuxudan tər içində oyandım" -Virusa yoluxan 20 yaşlı futbolçu


"Fiorentina"nın futbolçusu Duşan Vlahoviç koronavirusa yoluxması barədə danışıb.

Sportfm.az xəbər verir ki, 20 yaşlı hücumçu hazırda yaxşılaşdığını bildirib:"Gecə yuxudan tər içində oyandım. Hiss edirdim ki, temperaturum yüksəkdir. Dərhal ölçdüm. 39 dərəcə idi. Yerimdən qalxaraq əstəxanaya getdim. Vəziyyətin pis olacağını düşünmürəm. İndi yaxşıyam və dincəlirəm.

 Bütün insanlar evdə olmalı və 14 gün dincəlməlidirlər. Hər kəs sıx yerlərdən uzaq dursun. Heç bir komanda yoldaşımı görməmişəm. Ümid edirəm ki, hamısı yaxşıdır. İtaliyadakı karantinə ən çox komanda yoldaşım Federiko Kyeza sevinməlidir. O, hər zaman evində olmağı xoşlayır. FIFA oyununun xəstəsidir. Kiminsə onu məğlub edəcəyini düşünmürəm. Çünki futbol həyatından başqa ancaq FIFA oyununu düşünür. Pol Lirola da onun kimidir". 

"Fiorentina"da Xerman Pesselya və Patrik Kutrone də koronavirusa yoluxmuşdu.

Oxşar xəbərlər

"Yuventus"da yeni hücumçu - FOTO
Təmkin Xəlilzadədən açıqlama - "Otaqdan bayıra çıxmağa icazə yoxdur"
3 futbolçu koronavirusa qalib gəldi
Daha üç nəfərdə koronavirus aşkarlandı
İtaliya klubunun daha iki futbolçusunda koronavirus aşkarlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər