reklam
Polina Rəhimova Yaponiyada ən dəyərli voleybolçu seçildi
Sportfm.az xəbər saytı

Polina Rəhimova Yaponiyada ən dəyərli voleybolçu seçildi


Qadın voleybolçular arasında Yaponiya çempionatında V turun matçları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin üzvü Polina Rəhimovanın şərəfini qoruduğu "Toyota” "Toray”ın qonağı olub. İlk 4 turda 3 xal toplayan "avtomobilçilər” bu dəfə çətinliklə də olsa qalib gəlib – 3:2 (13:25, 26:24, 24:26, 22:25, 11:15).
Görüşdə komandasına 43 xal qazandıran Polina matçın ən dəyərli oyunçusu seçilib. O, bu xallardan 36-sını hücumda, 3-nü blokda, 4-nü isə eyslə əldə edib. Bu qələbədən sonra aktivindəki xalların sayını 5-ə çatdıran "Toyota” son pillədən yaxa qurtarıb. 2 rəqibini qabaqlayan komanda 6-cı yerə yüksəlib.
Qeyd edək ki, "Toyota” növbəti turda "Okayama”nı qəbul edəcək. 

Oxşar xəbərlər

Millimizin üzvü Sultanlar Liqasında
Millimizin oyunçusu A Seriyasında - FOTO
Türkiyə çempionatında Azərbaycan dueli
Polina Rəhimova: "Fənərbaxça"nın üzvü olduğum üçün xoşbəxtəm"
Milli üzvü hamını qabaqladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər