reklam
35 yaşlı məşqçi məşhur klubu çalışdıracaq
Sportfm.az xəbər saytı

35 yaşlı məşqçi məşhur klubu çalışdıracaq


Lissabon “Sportinq”inə yeni baş məşqçi təyin olunub.

Sportfm.az xəbər verir ki, Lissabon təmsilçisi son uğursuzluqlara görə baş məşqçisi Silası istefaya göndərib və onun əvəzində bu posta Ruben Amorim gətirilib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 35 yaşlı mütəxəssis “Sportinq”dən aldığı təklifə görə çalışdırdığı “Braqa”dan ayrılmağa qərar verib. “Braqa” da öz növbəsində Amorimi Kustodio Kastra ilə əvəzləyib.

Avropa Liqasının 1/16 final mərhələsində Türkiyənin "Başakşəhər" klubuna doğma meydanda 3:1 qalib gəlməsinə baxmayaraq, səfərdə 1:4 hesabıyla uduzan “Sportinq” mübarizəni dayandırıb. Sözügedən komanda Portuqaliya çempionatında da hazırda 23 turdan sonra 39 xalla 4-cü pillədə qərarlaşıb.

Oxşar xəbərlər

Dünyanın ən yaxşı gənc məşqçiləri - SİYAHI
“Sportinq” Portuqaliya çempionu oldu - 19-cu dəfə
Müdafiəçi Qara Dəniz klubuna lazım olmadı
Silaş baş məşqçi təyin edildi - FOTO
"Qarabağ"ın rəqibi məğlub oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər