DİN-in əməkdaşı çempion oldu
Boks üzrə Azərbaycan birinciliyində Daxili İşlər Nazirliyinin (DİN) komendant xidmətinin əməkdaşı, polis serjantı Eldar Quliyev ikinci dəfə respublika çempionu tituluna sahib olub.
Sportfm.az xəbər verir ki, Boks Mərkəzində keçirilən yarışda çəkisi 81 kiloqramadək idmançılar arasında bütün rəqiblərinə qalib gələn idman ustası E.Quliyev daha böyük qələbələr qazanmaq iddiasında olduğunu bir daha təsdiq edib.
İdman ustası 1992-ci ildə Naxçıvanın Kəngərli rayonunun Şahtaxlı kəndində anadan olub. Böyük idmana gedən yolda ilk qələbəsini 14 yaşında qazanıb. Naxçıvan Muxtar Respublikasında keçirilən yeniyetmələr arasında birincilikdə bütün rəqiblərini məğlub edərək baş mükafata sahib olub. Sonra Rusiya, Türkiyə, Qazaxıstan, Ukrayna və digər ölkələrdə qatıldığı beynəlxalq turnirlərdə qələbə sevincini yaşayıb.
Polis serjantı E.Quliyev sonuncu qalib olduğu ölkə çempionatı haqqında danışarkən qarşılaşmaların çox çətin keçdiyini bildirib: “Sevindirici haldır ki, ümumilikdə ölkə idmanının səviyyəsi çox artıb. Azərbaycanın bütün idmançıları dünyanın ən güclü boksçuları ilə qarşılaşmaq bacarığına malikdirlər. Ona görə də respublika çempionatında finala yüksələn idmançının beynəlxalq miqyaslı yarışlarda da üstünlük qazanmaq imkanı olur.
E.Quliyev fevralın 18-26-da Bolqarıstanda keçiriləcək “Strandja” turnirinə vəsiqə qazandığını vurğulayıb. Qarşıdakı yarışlardan danışan idmançı 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya Oyunlarında iştirak etmək üçün daha çox məşq etdiyini deyib. O, yaradılan şəraitə və göstərilən qayğıya görə DİN rəhbərliyinə minnətdarlığını bildirib.
Oxşar xəbərlər
DİN-in istirakçıları Avropa Çempionatına vəsiqə qazanıblar
Azərbaycan birinciliyinin qalibləri müəyyənləşdi - FOTO
Azərbaycanlı polis çempion oldu - FOTO
Polis serjantı Avropa çempionatında gümüş medal qazandı
Dünyanın ən güclü insanları Azərbaycan polisləri oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası