reklam
Polislərin yubileyinə həsr edilən cüdo çempionatı -
Sportfm.az xəbər saytı

Polislərin yubileyinə həsr edilən cüdo çempionatı -FOTOLAR


Аzərbаycаn Pоlisinin 100 illik yubileyi münasibətilə Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları arasında cüdo çempionatı keçirilib.

Sprtfm.az xəbər verir ki, DİN İdman Cəmiyyətində keçirilən yarışda ərazi polis orqanları, nizami hissə və tədris müəssisələrini təmsil edən 10 komandanın heyətində 80 idmançı qələbə uğrunda mübarizə aparıb.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda iştirakçılar arasında qaliblər müəyyənləşib. Komanda birinciliyində ilk üçlükdə Əlahiddə Çevik Polis Alayının, DİN Daxili Qoşunlarının Baş İdarəsinin və Polis Akademiyasının əməkdaşları qərarlaşıblar.

Müvafiq olaraq öz çəki dərəcələrində güclərini sınayan K.Məmmədli (62 kiloqram, DQ), R.Diniyev (66 kiloqram, PA), F.Mikayılov (73 kiloqram, Gəncə ŞBPİ), A.Fətullayev (81 kiloqram, ƏÇPA), H.Cəbiyev (90 kiloqram, ƏÇPA), K.Abdullaxanlı (100 kiloqram, BMİ) və A.Mehrəliyev (+100 kiloqram, ƏÇPA) yarışın baş mükafatını qazanaraq çempion olublar.

Oxşar xəbərlər

DİN-in istirakçıları Avropa Çempionatına vəsiqə qazanıblar
Azərbaycan çempionatında finalçılar müəyyənləşdi - FOTO
Azərbaycan birinciliyində qaliblər müəyyənləşdi
Polis əməkdşları gücünü tatami üzərində sınadı - Azərbaycanda
Polislər tatami üzərinə çıxdı - Bakıda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər