reklam
Türkiyə prezidenti AVRO-2020-ni Bakıda izləyəcək
Sportfm.az xəbər saytı

Türkiyə prezidenti AVRO-2020-ni Bakıda izləyəcək


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AÇ-2020-nin final mərhələsinin oyunlarını izləmək üçün Bakıya gələ bilər.

Sportfm.az xəbər verir ki, Ərdoğan bu barədə ATV və “A Haber” telekanallarının ortaq yayımında bildirib. Dövlət başçısı bu məsələ ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevlə danışdığını deyib:

“Bu da qəribə işdir – İtaliya ilə başlayırıq. İtaliya öz evində oynayır. Bu, necə bir işdir? Bizim digər iki oyunumuz Bakıda keçiriləcək. Bakıdakı oyunlara getmək ehtimalım ola bilər”.

AÇ-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı “Olimpiko” stadionunda qarşılaşacaqlar. Görüş iyunun 13-də keçiriləcək.

İyulun 17-də Türkiyə – Uels, iyunun 21-də isə İsveçrə – Türkiyə matçları Bakıda təşkil olunacaq.

Oxşar xəbərlər

Ərdoğan Bakıya gəlir - Oyun izləyəcək
UEFA-dan daha bir açıqlama - Koronavirusla bağlı
Ərdoğandan "Avro-2020" açıqlaması
Cəza Türkiyə millisindən yan keçdi
“Azərbaycanda öz meydanımızda oynayacağıq” - Şenol Günəş

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər