reklam
Azərbaycan yığmasını çalışdırmış məşqçi
Sportfm.az xəbər saytı

Azərbaycan yığmasını çalışdırmış məşqçi "Milan"ı məğlub etdi


Basketbol üzrə Avroliqanın 25-ci turunda sensasion nəticə qeydə alınıb. 

Sportfm.az xəbər verir ki, Moskva vilayətinin "Ximki" klubu İtaliyanın adlı-sanlı "Milan"ını məğlub edib 78-69. Səfərdə italyanlarla üz-üzə gələn "Ximki"nin çalışdırıcısı isə biz zamanlar Azərbaycan yığmasının və Bakının "Qala" klubunun baş məşqçisi olmuş litvalı Rimas Kurtinaytisdir. "Letuvos Ritas"dan "Ximki"yə keçən mütəxəssis ilk günlər məğlubiyyətləri sıralasa da, bir müddət sonra Rusiya klubunda öz oyun sistemini oturdaraq qələbələri sıralamağa başlayıb. 

Qeyd edək ki, karyerasını bitirdikdən sonra məşqçiliyə başlayan Kurtinaytisin ilk klubu "Qala" olub. 

 

Oxşar xəbərlər

“Sabah”da yeni baş məşqçi - TƏYİNAT
Nazim Süleymanov istefaya göndərildi - Əvvəlki vəzifəsinə qayıtdı
Rusiya klubundan Qurbanovla bağlı açıqlama
Azərbaycanlı futbolçunun komandası Rusiya Premyer Liqasında
Kamran Əliyevdən "Spartak"a gözəl qol - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər