reklam
Sportfm.az xəbər saytı

"Neftçi" "Keşlə", "Qəbələ" "Səbail"lə üz-üzə - YENİLƏNİR


Bu gün Azərbaycan Premyer Liqasında XVII tura yekun vurulacaq.
Sportfm.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutacaq.
Günün ilk oyununda "Səbail" "Qəbələ"ni qəbul edəcək. Turnir cədvəlinin 7-ci pilləsində qərarlaşan meydan sahiblərinin qələbə qazanacağı halda irəliləmək imkanı olmasa da, "Sabah"la fərqi yenidən minimuma endirə bilər. Son pilləni tutan "Qəbələ" isə qələbə qazanaraq, 7-ci yerə yüksələ bilər. Komandalar arasında mövsümün ilk oyunu "sülh"lə (1:1) başa çatıb, ikinci görüşdə "Qəbələ" böyükhesablı (3:0) qələbə qazanıb.
Bakı və Qəbələ klubları indiyədək Premyer Liqada 10 dəfə qarşılaşıb. Bu oyunların 2-də meydan sahibləri, 5-də qonaqlar qələbə qazanıb, 3 görüş heç-heçə bitib. Top fərqində də "Qəbələ"nin böyük üstünlüyü var - 18:9. "Qırmızı-qaralar" son 4 oyunda meydanı qolsuz tərk etməyib. "Səbail" isə son 4 ev oyununda uduzmayıb.
Turun son oyununda "Neftçi" "Keşlə"ni qəbul edəcək. Turnir cədvəlinin 2-3-cü pillələrində qərarlaşan komandaların duelində "Neftçi" qələbə qazansa, ikinci yeri qoruyub, rəqibi ilə fərqi artıracaq. "Keşlə" isə qələbə qazanmaqla, ikinci pilləni ələ keçirə bilər. Komandalar arasında cari mövsümün ilk oyununda qalib müəyyənləşməyib (0:0), ikinci görüşdə "Keşlə" (2:1) qələbə qazanıb.
Bakı klubları indiyədək çempionatda 61 dəfə qarşılaşıb. Bu oyunlardan 31-də "Neftçi", 15-də "Keşlə" qələbə qazanıb, 15 görüş isə "sülh"lə bitib. "Ağ-qaralar" top fərqində də böyük üstünlüyə sahibdi - 91:60. "Neftçi" son iki oyunda rəqibinə qalib gələ bilməyib. "Keşlə" isə son 3 səfər matçında qol vurmayıb.
Qeyd edək ki, turun ilk iki oyununda "Qarabağ" "Zirə"ni (6:0), "Sabah" "Sumqayıt"ı (2:1) hesabı ilə yenib.
Premyer Liqa
2019/20 mövsümü
III dövrə, XVII tur 
16 fevral
16.30 Səbail - Qəbələ
Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Eyyub İbrahimov, Fərid Hacıyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
"ASCO Arena”.
19.00 Neftçi - Keşlə
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Qəzənfər Məmmədov, Rauf Allahverdiyev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Asif Əliyev.
"Bakcell Arena”.

Oxşar xəbərlər

"Qəbələ" "Zirə"yə, "Neftçi" "Sumqayıt"a qarşı - Azərbaycan Premyer Liqası
"Zirə" "Keşlə"yə, "Qarabağ" "Sumqayıt"a qarşı - Azərbaycan Premyer Liqası
"Qarabağ" qələbə qazana biləcəkmi? - YENİLƏNİR
Premyer Liqada 15-ci tura start verilir - "Neftçi" qalib gələ biləcəkmi?
Bu gün Azərbaycan Premyer Liqasında XIX tura start veriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər