Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Qapıçı ilə toqquşan futbolçu yaddaşını itirib
Hollandiya yığmasının futbolçusu Vinsent Yanssen bədbəxt hadisə ilə üzləşib. Sportfm.az xəbər verir ki, Belçika ilə keçirilən yoldaşlıq görüşü zamanı futbolçu ağır xəsarət alıb. Matçın 26-cı dəqiqəsində rəqib qapıçı Simon Minyole ilə toqquşan hücumçu yerdə hərəkətsiz vəziyyətdə qalıb. Həkimlər futbolçunu meydandan çıxararaq tibbi yardım göstərib.
Hollandiya yığmasının baş məşqçisi Danni Blind "Mirror"a açıqlamasında futbolçunun toqquşma nəticəsində yaddaşını itirdiyini bildirib: "Həkimlər mənə dedi ki, onun sinirləri zədələnib və təxminən 20 dəqiqə yaddaşını itirib. O, hətta meydanda nəyin baş verdiyini də xatırlamayıb. Bu cür məqamlarda ehtiyatlı olmaq lazımdır".
Qeyd edək ki, oyun 1:1 hesabı ilə başa çatıb.
Oxşar xəbərlər
İsgəndərlinin komanda yoldaşı oyun zamanı dünyasını dəyişdi
Fransa millisində böyük itki
Məşq prosesində futbolçunun ayağı qırıldı
19 yaşlı futbolçu meydanda öldü
Fransa Liqasında qapıçıya partlayıcı atdılar, oyun yarımçıq qaldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası