Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Milli komandamızın sabiq üzvü həbsdən azad oldu -FOTO
Ölkə çempionatının birinci divizionunda oyunların nəticələrinin əvvəlcədən müəyyənləşdirilməsi (manipulyasiyası) səbəbindən 50-yə yaxın futbolçunun və futbol camiəsinin üzvünün bu idman növündəki fəaliyyətinə qadağa qoyulmasından xəbərdarsız.
Sporfm.az xəbər verir ki. bu məsələyə görə iki nəfər – veteran futbolçu Cəmşid Məhərrəmov və basketbol yığmamızın üzvü, 2017-ci ildə Bakıda keçirilən 4-cü İslam Oyunlarında qızıl medal qazanan komandanın kapitanı Amil Həmzəyev gözaltına alınıb. Hər iki şəxsin şübhəli qismində Kürdəxanıdakı təcridxanada saxlanmasından da xəbəriniz var.
Etibarlı mənbədən "Futbol+" qəzetinə verilən məlumata görə, veteran futbolçu artıq azadlığa çıxıb. Redaksiyadan məlumatı dəqiqləşdirmək üçün Məhərrəmova zəng ediləsə də, onun telefonu sönülü olub.
Oxşar xəbərlər
Ev dustaqlığında olan basketbolçumuz toplanışa dəvət aldı
Millimizin sabiq üzvləri ev dustaqlığına buraxıldı
Cəmşid Məhərrəmov ev dustaqlığına buraxılacaq
Yığmamızın üzvü danışılmış oyunlara görə həbs edildi - Olay
Maşallah Əhmədov azadlıqda!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası