reklam
Millimizin sabiq üzvləri ev dustaqlığına buraxıldı
Sportfm.az xəbər saytı

Millimizin sabiq üzvləri ev dustaqlığına buraxıldı


Danışılmış oyunlarda ittiham olunan Azərbaycan millisinin sabiq futbolçusu Cəmşid Məhərrəmov və yığmanın sabiq basketbolçusu Amil Həmzəyev həbsxanadan ev dustaqlığına buraxılıb.

Sportfm.az xəbər verir ki, bu barədə basketbolçunun vəkili Zaur Niftəliyev məlumat verib.

O bildirib ki, Nərimanov Rayon Məhkəməsində Samir Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hər iki idmançının ev dustağı olması ilə bağlı qərar qəbul olunub.

Qeyd edək ki, idmançıların koronavirusla bağlı ev dustaqlığına buraxılması üçün məhkəməyə müraciət olunub. Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlayıb. Sonra isə dələduzluq maddəsi 192-2 (idman yarışlarının manipulyasiyası) maddəsinə tövsif edilib. İstintaq zamanı hər iki şəxsin danışılmış oyunlarda iştirakı aşkarlanıb. (report)

Oxşar xəbərlər

Həbsdə olan gənc güləşçi azadlığa buraxıldı - İttiham
Millimizin oyunçusu barədə qətimkan tədbiri dəyişdi
Ev dustaqlığında olan basketbolçumuz toplanışa dəvət aldı
Cəmşid Məhərrəmov ev dustaqlığına buraxılacaq
Azərbaycanda tanınmış idmançı həbs edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər