Yığmamızın üzvü danışılmış oyunlara görə həbs edildi -Olay
Digər idman növlərinin təmsilçilərinin Azərbaycanda futbol oyunlarında “qumar”a qurşanması haqda deyilənlər gerçək imiş.
Sportfm.az xəbər verir ki, bununda bağlı “Futbol+” qəzeti məlumat yayıb. Belə ki, futbol oyunlarının nəticəsinə müdaxilə edən şəxslərdən daha biri həbs olunub. Söhbət basketbol üzrə Azərbaycan yığmasının üzvü Amil Həmzəyevdən gedir.
30 yaşlı basketbolçunun hazırda Kürdəxanı təcridxanasında saxlanıldığı bildirilir. Millinin heyətində 2017-ci ildə Bakıda keçirilən 4-cü İslam Həmrəyliyi Oyunlarının qalibi olan Həmzəyev, son vaxtlar “Gəncə”nin formasını geyinirdi. O, bir müddət çempionatın ən məhsuldar basketbolçuları sırasında yer alırdı. Amma son bir neçə turda onun adına rast gəlinmir. Amillə əlaqə saxlamaq mümkünsüzdür. Basketbolun içində olan bəzi şəxslər də onun mobil telefonuna zəng çatmadığını söyləyib.
Qeyd edək ki, danışılmış oyunlarla bağlı Kürdəxanıda saxlanılan digər şəxs Azərbaycanın futbol millisinin sabiq üzvü Cəmşid Məhərrəmovdur. Amil Həmzəyevin həmçinin Bakıdakı “Fənərbaxça” idman məktəblərinin sahibidir. Məhz 2016-cı ilin fevralın 3-də Vergilər Nazirliyinin yaydığı məlumatda Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov, ev 72 D, mənzil 80 ünvanında yerləşən “Fenerbahçe Azərbaycan” MMC-nin qeydiyyata alındığı və onun qanuni təmsilçisinin Amil Həmzəyev olduğu bildirilib. Bu məktəbdə basketbolla yanaşı, futbol və voleybol da fəaliyyət göstərir.
Oxşar xəbərlər
Millimizin oyunçusu barədə qətimkan tədbiri dəyişdi
Ev dustaqlığında olan basketbolçumuz toplanışa dəvət aldı
Millimizin sabiq üzvləri ev dustaqlığına buraxıldı
Cəmşid Məhərrəmov ev dustaqlığına buraxılacaq
Milli komandamızın sabiq üzvü həbsdən azad oldu - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası