Ağabala və İlkin cəzalandırıldı
"Zirə" komandası Azərbaycan Premyer Liqasının XVII turunda evdə "Qarabağ"a qarşı keçirəcəyi oyuna da futbolçu itkiləri ilə çıxacaq.
Sportfm.az xəbər verir ki, qəsəbə təmsilçisinin baş məşqçisi Zaur Həşimovun verdiyi məlumata görə, fransalı yarımmüdafiəçi Şafik Tiqruca zədə səbəbindən Ağdam təmsilçisi ilə görüşü buraxaq.
Bundan başqa, ötən tur səfərdə "Sumqayıt"a 1:2 hesabı ilə uduzduqları görüşdə qırmızı vərəqə alan İlkin Muradov və Ağabala Ramazanov da komandaya kömək edə bilməyəcək. Həşimov klub daxilində iclasın olduğunu və hər iki oyunçu ilə bağlı lazımi tədbirin görüldüyünü diqqətə çatdırıb
Zədəsini sağaldan Orxan Sadıqlı isə sıraya dönüb.
Fevralın 15-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək qarşılaşma saat 15:00-da başlayacaq.
Oxşar xəbərlər
"Əlaqələri qaydasına saldıq və qələbə qazandıq" - Zaur Həşimov
"Zirə" başladı - Ağabala onlara kömək etməyəcək
"Sumqayıt" "Zirə"ni məğlub etdi - VİDEO
Ağabala Ramazanov başladı, Xulio Sezar bitirdi
Əli Şirinov "Zirə"də debüt etdi, komanda Türkiyə klubuna uduzdu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı














Misli Premyer Liqası