Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Futbolçu özündən çıxdı:”Mən terrorist deyiləm”
Mərakeş yığmasının və "Nitsa”nın üzvü Yunes Belhand təhqir edildiyini açıqlayıb.
Sportfm.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb, radio verilişində müzakirələr aparan idman jurnalisti Daniyel Riolunun sözləri olub. Riolo Belandanın transferinin böyük yanlış olduğunu, onun futbol oynamaqdan çox, ibadət etdiyini bildirib:
"Həddindən artıq ibadət edir. Başqa bir dünyada olduğu hiss olunur. Adi futbolçuya heç bənzəmir. Sanki, başqa işlərlə məşğuldur”-deyə, jurnalist qeyd edib. Daniyelin fikirlərinə futbolçunun və "Nitsa” klubunun reaksiyası gecikməyib. Yarımmüdafiəçi məsələ ilə bağlı bunları deyib:
"Niyə mənim futbol oynamağımı müzakirə etmirlər! Müsəlman olmağın məsələyə nə dəxli var? Bəli, mən bir müsəlmanam və ibadət edirəm. Müsəlman olmağım, terrorist olduğumu göstərməz! Mən terrorist deyiləm” – Belhand hiddətlənib.
Məsələnin ictimailəşməsindən sonra, Riolonun çalışdığı radio "Nitsa” klubundan və Belhanddan üzr istəyib.
Oxşar xəbərlər
"Nitsa"nın futbolçusu ölümdən döndü
Terrorçu PKK-ya dəstək verdi, Türkiyədən qaçdı, Almaniyada cinayətkar təşkilat yaratdı
"Nitsa"nın oyunçusunun evi soyuldu
Məşhur aktyor: ""Qalatasaray"a görə arvadımı da sataram"
Türk futbolçu:"Bura Rusiyanın digər şəhərlərindən fərqli olaraq möhtəşəmdir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Gəncə” ilk oyununda məğlub oldu - FIBA Avropa Kuboku
-
Zelim finalda uduzdu, Ömər bürünc medal qazandı - Dünya çempionatı
-
"Antalyaspor" millimizlə oynayacaq
-
"Onlar məni dünya çempionu etdilər" - Messi
-
Bu gün daha 3 qarşılaşma keçiriləcək - Azərbaycan kuboku
-
İki boksçumuz yarımfinalda - Avropa Çempionatı














Misli Premyer Liqası