reklam
PSJ-nin yetirməsi “Qəbələ”də -
Sportfm.az xəbər saytı

PSJ-nin yetirməsi “Qəbələ”də -RƏSMİ


Qış “transfer pəncərəsi”ndə Ehtiram Şahverdiyev və Abdelrafik Jerarla anlaşan “qırmızı-qaralar” Nikolas Rayselin keçidini rəsmiləşdirib.

Sportfm.az xəbər verir ki, 27 yaşlı hücumçu ilə 1,5 illik müqavilə imzalanıb.

Fransada anadan olan vinger PSJ klubunun yetirməsidir. 2011-2013-cü illərdə Paris təmsilçisinin ikinci komandasında çıxış edən Raysel ardınca Sloveniyada “Çelye” (2013-2015), Belçikada “Union Sent Jiluaz” (2015-2017) klublarının formasını geyinib.

2017-ci ildə Belçikanın digər təmsilçisi “Ostende”yə keçən Nikolas 2018/2019-cu illər mövsümünü icarə əsasında “Rozelar”da çıxış edib.

O, cari mövsümün ilk yarısında da “Ostende” formasını geyinib. 2014-cü ildə Sloveniya yığmasına cəlb olunan Raysel bu ölkənin U-21 millisində 1 matç keçirib, 1 qol vurub.

 

Oxşar xəbərlər

"Mən yaşılardan biri deyildim" - "Səbail"in futbolçusu
“Qəbələ” heyətini Rodriqo ilə gücləndirdi - FOTO
"Qəbələ" PSJ-nin sabiq futbolçusunu transfer etdi - FOTO
"Qəbələ" yeni transferini açıqladı - FOTO
Nigeriya yığmasının üzvü "Qəbələ"də - RƏSMİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər