"Qəbələ" yeni transferini açıqladı -FOTO
2018-2019-cu illər mövsümünün ikinci yarısının hazırlıqlarını Bakıda davam etdirən “Qəbələ” qış fasiləsində ikinci transferini gerçəkləşdirib.
Sportfm.az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” gürcüstanlı futbolçu Davit Volkovini heyətinə qatıb. 24 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb.
Son klubu “Saburtalo” olan Volkovi 2017-2018-ci illərdə bu komandanın formasını geyinib. Hücumçu bunadək Gürcüstanda “Qaqra” (2012-2013), Tbilisi “Dinamo”su (2013-2016), həmçinin icarə əsasında oynadığı “Dinamo-2” (2013-2015), “Çixura” (2016) və “Sioni”də (2016) çıxış edib. Davit 2017-ci ildə Serbiyanın “Zemun” klubunda legioner həyatı yaşayıb.
Xatırladaq ki, “Qəbələ” bunadək Azərbaycan millisinin qapıçısı Anar Nəzirovu transfer edib.
Oxşar xəbərlər
“Qəbələ” “Neftçi”nin hücumçusunu rənglərinə qatdı
"Qəbələ"də braziliyalı hücumçu - Transfer
"Sabah" millinin hücumçusu ilə gücləndi - Keçid
Anar Nəzirov rəsmən "Qəbələ"də! - FOTO
Nigeriya yığmasının üzvü "Qəbələ"də - RƏSMİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Gəncəbasar" sponsorluq anlaşması bağladı
-
“Qəbələ” 0–4 “Sabah” - VİDEO
-
"Turan Tovuz" "İmişli"yə, "Zirə" "Kəpəz"ə qarşı - Premyer Liqa
-
"Qarabağ" - "Neftçi" matçında bərabərlik, "Sabah"dan qələbə - Premyer Liqa
-
“Qarabağ” və “Neftçi”mükafatlandırdı - 1000-ci oyun
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - VİDEO















Misli Premyer Liqası