reklam
Sportfm.az xəbər saytı

"Sumqayıt" azarkeşlərinə görə cəzalandı


İntizam Komitəsinin iclası keçirilib.

Sportfm.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olundu: 

Premyer Liqanın XV turunun “Neftçi” – “Sumqayıt” oyununda “Neftçi”nin 3 nömrəli oyunçusu Voislav Stankoviç sonuncu ümid fouluna  görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur. 

Premyer Liqanın XV turunun “Neftçi” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun azarkeşlərinin pirotexniki vasitələrdən istifadə etdiyi üçün klub 800 manat cərimə olunur. 

Premyer Liqanın XV turunun “Səbail” – “Qarabağ” oyununda “Qarabağ” klubunun 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur. 

Premyer Liqanın XV turunun “Qəbələ”  - “Keşlə” oyununda “Keşlə” klubunun 5 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

Oxşar xəbərlər

Premyer Liqamızda klublar cərimələndi - AFFA
Cavid Hüseynova növbəti ağır cəza
"Qarabağ" tibbi xidmətə, "Sumqayıt" isə protexniki vasitələrə görə cərimələndi
"Qəbələ" azarkeşə görə cərimələndi
AFFA klublara cərimə kəsdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər