Ağabala Ramazanov debüt oyununda fərqləndi
Ağabala Ramazanov “Zirə”dəki debüt oyununda qol hesabını açıb.
Sportfm.az xəbər verir ki, hücumçu Azərbaycan Premyer Liqasının XV turunun “Sabah”la görüşündə (2:0) bunu gerçəkləşdirib. O, 45+1-ci dəqiqədə qonaqların qapısına yol tapıb. Ağabala klub tarixinə Premyer Liqada qol vuran 41-ci oyunçu kimi düşüb. Ona qədər 40 futbolçu rəqib qapısından top keçirmişdi.
Ramazanov “Zirə”nin heyətində Premyer Liqadakı debüt matçında qol hesabını açan 4-cü futbolçudur. “Sabah”la qarşılaşmaya qədər qol sevinci yaşayan 40 oyunçudan yalnız üçü ilk qarşılaşmada fərqlənmişdi. 2015-ci ildə Viktor İqbekoyi AZAL-la ev (1:0), 2018-ci ildə Aleksandr Dedov “Qəbələ”ylə səfər (1:2), Pərdis Fərcad-Azad “Keşlə”ylə ev (2:2) görüşündə buna nail olub.
Oxşar xəbərlər
Ramazanov 40-a çatdı
Yeni transferi “Zirə”nin tarixinə düşdü - Azərbaycan Premyer Liqası
Ramazanovdan bir qol, iki yubiley
"Zirə"li Soni üçün əlamətdar oyun
Fransalı futbolçu "Zirə"nin tarixinə düşdü
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Təmsilçimiz məğlub oldu - FIBA Avropa Kuboku
-
"Barselona" İstanbulda 4 qol vurdu - Çempionlar Liqası
-
Türkiyə klubu İngiltərə səfərində - Çempionlar Liqası
-
Çexiya - Azərbaycan oyununun hakimləri bilindi
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
AFFA “Şəfa”ya danışılmış oyunlarla bağlı sessiya keçirdi














.png)
Misli Premyer Liqası