Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Fransalı futbolçu "Zirə"nin tarixinə düşdü
Dilan Duventru "Zirə”də qol hesabını açıb.
Sportfm.az xəbər verir ki, 28 yaşlı fransalı yarımmüdafiəçi Topaz Premyer Liqasında V turunun "Neftçi” ilə görüşündə fərqlənib. O, 1:2 hesabı ilə uduzan komandasının yeganə qolunun müəllifi olub. "Mavi-qırmızı" formada keçirdiyi 3-cü qarşılaşmada ilk qolunu vuran fransalı Diventru klub tarixinə bunu bacaran 48-ci futbolçu kimi düşüb. Duventru "Zirə”də qol sevinci yaşayan ilk fransalıdı. 29 yaşlı oyunçu Premyer Liqada rəqib qapısına yol tapan 27-ci futbolçudu. Duventru "Zirə”də ümumilikdə qol vuran 17-ci, buna Premyer Liqada nail olan 13-cü legionerdi.
Oxşar xəbərlər
Ağabala Ramazanov debüt oyununda fərqləndi
"Zirə"nin tarixinə düşən fransız - FOTO
“Zirə” tarixində 49-cu qolçu - FOTO
Kamal Mirzəyev “Zirə”nin tarixinə düşdü
"Qəbələ"dən Premyer Liqada 450-ci qol
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası