Məmmədyarov Cəbəllütariq turnirini yarımçıq başa vurdu
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun Cəbəllütariqdə keçirilmiş “Masters” turnirini yarımçıq başa vurmasının səbəbi bəlli olub.
Sportfm.az xəbər verir ki, bu barədə 35 yaşlı qrossmeyster özünün şəxsi "Facebook" hesabında paylaşım edib.
Məmmədyarov turniri allergik xəstəlik keçirdiyi üçün yarımçıq buraxmaq məcburiyyətində qaldığını vurğulayıb: "Yarışın təşkilatçılarına minnətdaram ki, bu günə qədər mənim yanımda oldular. Əsasən də baş təşkilatçı Stuart Conquestə təşəkkürümü bildirirəm. Artıq Cəbəllütariqi tərk etmək vaxtıdır. Yenidən geri qayıtmaq ümidi ilə".
Qeyd edək ki, Şəhriyar Məmmədyarov 8 turdan sonra yarışdan kənarlaşıb. O, 8 qarşılaşmaya 5 xal toplaya bilib. Yarış 10 tur davam edib.
Oxşar xəbərlər
Məmmədyarov Aronyanla bərabərə qaldı - Mərhələ keçdi Çempionlar Turu
"Allergik xəstəlik keçirdim və yarışı yarıda buraxdım" - Şəhriyar Məmmədyarov
"Masters"də azərbaycanlı imzası
Şahmatçılarımız “Masters” turnirində növbəti oyunlarını keçirəcəklər
Şəhriyar Məmmədyarov II turu qələbə ilə başa vurdu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Riçard Almeyda “Qarabağ”da işə başladı
-
Gülər Hüseynova finala yüksəldi - Yeniyetmələrin Yay Olimpiya Oyunları
-
“Sumqayıt”ın kapitanı Pakistan millisində
-
Lixtenşteyn – Azərbaycan matçının hakimləri bilindi - Millətlər Liqası
-
Rəhim Həsənov müahisəli epizodları şərh etdi - VİDEO
-
Yığmamız Almaniyaya böyük hesabla məğlub oldu














Misli Premyer Liqası