reklam
Sportfm.az xəbər saytı

"Masters"də azərbaycanlı imzası


Yanvarın 28-də Cəbəllütariqdə təşkil olunan beynəlxalq şahmat festivalında "Masters" turnirinin səkkizinci turunun oyunları keçirilib.

Sportfm.az xəbər verir ki, Azərbaycan şahmatçılarından Vasif Durarbəyli türkiyəli Cəmil Can Əli Marandini məğlub edərək xalların sayını 5,5-ə çatdırıb. Təmsilçimiz Şəhriyar Məmmədyarov isə hindistanlı Rameşbabu Praqnanandha ilə oyuna çıxmadığı üçün ona texniki məğlubiyyət verilib.

Ötən səkkiz turun nəticələrinə görə V.Durarbəyli 5,5, Ş.Məmmədyarov 5 xal toplayıblar.

On turdan ibarət "Masters" turnirinə 241 şahmatçı, o cümlədən 116 qrossmeyster qatılıb.

Oxşar xəbərlər

Məmmədyarov Aronyanla bərabərə qaldı - "Airthings Masters"
Məmmədyarov Aronyanla bərabərə qaldı - Mərhələ keçdi Çempionlar Turu
Şahmatçılarımız “Masters” turnirində növbəti oyunlarını keçirəcəklər
“Masters” turnirində şahmatçımız məğlubiyyətsiz irəliləyir
"Şah" mat oldu - Rəcəbov heç-heçə etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər