Messidən daha bir rekord
İspaniya Kubokunun 1/8 final mərhələsində "Leqanes" üzərində 5:0 hesablı qələbənin qazanıldığı matç "Barselona"nın futbolçusu Lionel Messi üçün yeni rekord göstərici ilə yadda qalıb.
Sportfm.az xəbər verir ki, Messi Kataloniya klubunun formasında 500-cü qalibiyyət sevinci yaşayıb. Bu, ölkə futbolu üçün rekord göstəricidir. Argentinalı hücumçu indiyədək “Barsa”da 710 matç keçirib, 622 qol vurub və 241 məhsuldar ötürmə verib. Həmçinin klub Messinin iştirakı ilə 131 matçdan heç-heçə, 79 oyundan isə məğlubiyyətlə ayrılıb.
Qələbə sayında rekordçu altılıq siyahısına həmçinin Xavi (482), İker Kasilyas (463), Andres İnyesta (459), Andoni Subisarreta (444) və Serxio Ramos (439) daxildir.
Qeyd edək ki, Lionel Messi "Leqanes"lə görüşün 59-cu və 89-cu dəqiqələrində fərqlənərək, "dubl" müəllifi olub.
Oxşar xəbərlər
Messi Ronaldonu üstələdi - Qol sayında
"Rekord qıracağımı düşünməmişdim" - Messi
Messi yeni rekorda imza atdı
Messidən daha bir rekord
Messidən tarixi rekord
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası