"Rekord qıracağımı düşünməmişdim" -Messi
İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi braziliyalı Pelenin rekordunu qırmasına münasibət bildirib.
Sportfm.az xəbər verir ki, 33 yaşlı hücumçu bu barədə şəxsi instaqram hesabından paylaşım edib.
Argentinalı oyunçu illər ərzində ona dəstək olan hər kəsə təşəkkür edib: "Futbol oynamağa başlayanda heç vaxt rekord qıracağımı düşünməmişdim. Daha əvvəlki rekord Peleyə məxsus idi".
Qeyd edək ki, Lionel Messi La Liqanın XV turunda "Valyadolid"i 3:0 hesabı ilə məğlub etdikləri matçda fərqlənib. Bu, Messinin Kataloniyta təmsilçisinin heyətində 644-cü qolu olub. Argentinalı oyunçu bir klubda ən çox qol vuran futbolçu ünvanına sahib olub. Braziliya yığmasının sabiq üzvü Pele "Santos"da 643 qol vurmuşdu.
Oxşar xəbərlər
Messidən yeni rekord - 506-cı oyun
Messi Pelenin rekordunu təkrarladı
Lionel Messi yeni uğura imza atdı - Çempionlar Liqası
Messidən daha bir rekord
Messi Ronaldonun rekordunu təkrarladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası