"Neftçi" gətirdiyi legioneri bəyənmədi
“Neftçi” Premyer Liqanın 15-ci turunda qarşılaşacağı “Sumqayıt”la oyunun hazırlığına start verib.
Sportfm.az xəbər verir ki, Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışını başa vuraraq yanvarın 25-i Bakıya qayıdan komandanın üzvləri birgünlük fasilədən sonra bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb. Bütün futbolçuların qatıldığı məşqdə fiziki təmrinlər və toplu çalışmalar yerinə yetirilib. Hazırlıq sabah bir məşqlə davam edəcək.
Qeyd edək ki, baxışda olan futbolçu Nabi Silla məşqçilər korpusu tərəfindən bəyənilməyərək, geri göndərilib. Bunadək əvəzedici heyətin düşərgəsində olan Dario Frederiko isə əsas komandanın məşqində iştirak edib.
“Neftçi” Premyer Liqanın 15-ci turu çərçivəsində fevralın 1-i saat 17:30-da “Sumqayıt”ı qonaq edəcək.
Oxşar xəbərlər
"Qarabağ"la oyunun hazırlığına start verildi - FOTO
"Neftçi" son məşqinə çıxdı - oyuna hazırdı
“Neftçi” bir itki ilə hazırlaşır - FOTO
"Neftçi" hazırlığa başladı - "Sabah" üçün
"Neftçi" məşqlərə başladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













Misli Premyer Liqası