Öz antirekordunu təkrar etdi
"Barselona"nın hücumçusu Lionel Messi İspaniya La Liqasının 21-ci turunun Valencia ilə matçında qolsuz zərbələrinin sayına görə antirekordunu təkrarlayıb.
Sportfm.az xəbər verir ki, argentinalı matç ərzində rəqibin qapısına 11 dəfə zərbə endirib. Lakin o zərbələrin heç birində fərqlənə bilməyib. Bu, 2017-ci il antirekordunun təkrarıdır. "Kamp Nou"da Deportivo ilə oyunda Messi rəqib qapısına 11 dəfə zərbə endirib, lakin rəqibin qapısına yol tapa bilməyib.
Cari mövsümdə Messi 16 matçda iştirak edib. O, bu oyunlarda 14 qol vurub və 6 məhsuldar ötürmə verib.
Qeyd edək ki, hazırda "Barselona" 43 xalla İspaniya çempionatının yarış cədvəlinə başçılıq edir, Valencia isə turnir cədvəlində 34 xalla beşinci yerdə qərarlaşıb.
Oxşar xəbərlər
Messi öz antirekordunu təkrarladı
Messi Ronaldonun rekordunu təkrarladı
Messi qərar verəcək - "El-Klasiko"da oynayacaqmı?
Messi İspaniya çempionatında rekorda imza atdı
"Barselona" autsayderlə oyunda mühüm xal itirdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası