reklam
Messi qərar verəcək -
Sportfm.az xəbər saytı

Messi qərar verəcək -"El-Klasiko"da oynayacaqmı?


"Barselona"nın argentinalı hücumçusu Lionel Messi İspaniya Kubokunun fevralın 6-da keçiriləcək birinci yarımfinal oyununda "Real"a qarşı oynaya bilər.

Sportfm.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri yazıb.

Mənbənin məlumatına görə, futbolçunun zədəsi yoxdur, lakin əzələ sıxılması var. Bununla əlaqədar olaraq, forvard "Real" ilə oyunda iştirak barədə qərarı özü qəbul edəcək. Argentinalı futbolçu bu gün qrup məşqində iştirak edib.

Messi İspaniya çempionatının 22-ci turunda "Valensiya" ilə oyunda (2:2) zədə alıb.

"Barselona" – "Real" matçı "Nou Kamp" stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə 00:00-da başlayacaq.

Oxşar xəbərlər

Öz antirekordunu təkrar etdi
Messi öz antirekordunu təkrarladı
"Barselona"da Lionel Messi şoku yaşandı
Messi “Barselona”nın heyətindən çıxarıldı
"Barselona"dan şad xəbər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər