AFFA sənədsiz futbolçu oynadan komandanı cəzalandırdı
AFFA İntizam Komitəsi U-13 Qızlar Liqasında çıxış edən “Gənclik UFK” komandasına texniki məğlubiyyət verib.
Sportfm.az xəbər verir ki, buna Naftalan UGİM-i ilə matçda sənədi olmayan futbolçunun iştirakı səbəb olub. Komanda həmin görüşdə 0:6 hesabı ilə uduzub və komitə hesabı olduğu kimi saxlayıb.
Futzal üzrə Azərbaycan Kubokunun 1/32 final mərhələsinin “AzMİU” – “Baker Hughes” arasında cavab oyununun 29-cu dəqiqə 56-cı saniyəsində “AzMİU” komandasının heyətində yetərli oyunçunun olmadığı üçün komandaya texniki məğlubiyyət verilib - 0:5. Oyunun 28-ci dəqiqə 53-cü saniyəsində bu komandanın oyunçusu Heydər Mustafazadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun, 29-cu dəqiqə 56-cı saniyəsində Fatih Demirdağ hakimi təhqir etdiyi üçün qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq, Ayberkemre İnceoğlu isə hakimə etiraz etdiyi üçün ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəza alıb.
Oxşar xəbərlər
Futzal komandası meydana buraxmağa adam tapmadı, AFFA texniki məğlubiyyət verdi
Futzal komandasına texniki məğlubiyyət verildi
Futzal komandası oyuna gəlmədi, AFFA qərar qəbul etdi
Futzal yığmamızın üzvlərinə üst-üstə 9 oyunluq cəza
Meydana lisenziyasız oyunçu buraxdılar, texniki məğlubiyyət aldılar - Azərbaycanda
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino















Misli Premyer Liqası