Futzal yığmamızın üzvlərinə üst-üstə 9 oyunluq cəza
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportfm.az xəbər verir ki, aparılan müzakirələrdən sonra AFFA-nın bayrağı altında keçirilən müxtəlif çempionatlarla bağlı aşağıdakı qərarlar çıxarılıb:
Region Liqasının “Oğuz” - “Şəki” matçında "Oğuz" komandası iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
Region Liqasının “Oğuz” – “Şirvan” matçında hər iki komanda iştirak etmədiyinə görə hər iki kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-17 Liqasının “Neftçi” – “Keşlə” matçının 39-cu dəqiqəsində “Neftçi”nin futbolçusu Vüsal Ələsgərov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
U-15 Liqasının “Zaqatala” – “İsgəndər Cavadov BFA” matçının 65-ci dəqiqəsində “Zaqatala”nın futbolçusu Fərda Qurbanova aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.
Yüksək Qızlar Liqasının "Təhsil FM" – "Zaqatala" matçında "Zaqatala" komandası iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
Yüksək Qızlar Liqasının "Qubek" – "Fidan" matçında "Fidan" komandası iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib. Bu hal 3-cü dəfə təkrarlandığı üçün klub yarışlardan kənarlaşdırılıb.
Futzal üzrə Yüksək Liqanın 26-cı turunun “Marafon Futsal” – “Araz” matçının 18-ci dəqiqəsində “Araz”ınfutbolçusu Eduardo Borges kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb. Oyunun 18-ci dəqiqəsində “Araz”ın futbolçusu Xətai Bağırov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb. Oyunun 37-ci dəqiqəsində “Araz”ın futbolçusu İsa Atayev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb. Matçın 40-cı dəqiqəsində “Araz”ın futbolçusu Rövşən Hüseynli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
Futzal üzrə Yüksək Liqanın 27-ci turunun “EKOL” – “Xəmsə” matçında "Xəmsə" komandası iştirak etmədiyinə görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilib.
Oxşar xəbərlər
Futzal komandası oyuna gəlmədi, AFFA qərar qəbul etdi
12 yaşlı futbolçu cəzalandırıldı - Azərbaycanda
Xətai Bağırov 4 oyun "dincələcək"
Klub rəhbəri rəqibi təhqir etdi, 5 oyunluq cəzalandı - Azərbaycanda
Futzal yığmamızın baş məşqçisi cəzadan qaça bilmədi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino















Misli Premyer Liqası