reklam
Futzal komandası meydana buraxmağa adam tapmadı, AFFA texniki məğlubiyyət verdi
Sportfm.az xəbər saytı

Futzal komandası meydana buraxmağa adam tapmadı, AFFA texniki məğlubiyyət verdi


AFFA İntizam Komitəsi növbəti iclasını keçirib.

Sportfm.az xəbər verir ki, tədbirdə futzal liqalarında baş verən hadisələrə də baxılıb. 

19 yanvar 2020-ci il, futzal üzrə Azərbaycan Kubokunun 1/32 final mərhələsinin AzMİU – “Baker Hughes” arasında cavab oyununun 29:56-cı dəqiqəsində AzMİU komandasının heyətində yetərsay olmadığı üçün komandaya texniki məğlubiyyət verilir (0-5) (maddə 50).

Oyunun 28:53-cü dəqiqəsində AzMİU komandasının oyunçusu Heydər Mustafazadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).

Oyunun 29:56-cı dəqiqəsində AzMİU komandasının oyunçusu Fatih Demirdağ hakimi təhqir etdiyi üçün qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığına görə  4 oyun cəzalanır (maddə 41.3).

Oyunun 29:56-cı dəqiqəsində AzMİU komandasının oyunçusu Ayberkemre İnceoğlu hakimə etiraz etdiyi üçün ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalanır (maddə 47).

19 yanvar 2020-ci il, futzal üzrə Azərbaycan Kubokunun 1/32 final mərhələsinin U-19 – “Gənclik İK” arasında cavab oyununun 15:29-cu dəqiqəsində U-19 komandasının oyunçusu Şahmar Cəfərov sonuncu ümid foluna görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).

Oyununun 19:58-ci dəqiqəsində U-19 komandasının oyunçusu Ridan Babayev sonuncu ümid foluna görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).

18 yanvar 2020-ci il, futzal üzrə Azərbaycan Kubokunun 1/32 final mərhələsinin “Red Line” – “Timsport” arasında cavab oyununun 21:52-ci dəqiqəsində “Timsport” komandasının oyunçusu Məmmədov Ağasərdar qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır(maddə 47).

 

Oxşar xəbərlər

Futzal komandasına texniki məğlubiyyət verildi
Futzal komandası oyuna gəlmədi, AFFA qərar qəbul etdi
Hakimə qarşı təhqiredici ifadə, sonuncu ümid foulu - AFFA-nın İntizam komitəsi qərarlarını açıqladı
Futzalçı 3 oyun cəzalandı
Klub rəhbəri rəqibi təhqir etdi, 5 oyunluq cəzalandı - Azərbaycanda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər