reklam
Sportfm.az xəbər saytı

"Neftçi"nin siqaret çəkən futbolçusu ilə bağlı:"Məşqlərə buraxılmayacaq"


“Neftçi”nin qapıçısı Elnur Hüseynovun siqaret çəkdiyi üçün Azərbaycanın U-19 yığmasının heyətindən kənarlaşdırıldığını xəbər vermişdik.

Sportfm.az xəbər verir ki, məsələ ilə bağlı “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev açıqlama verib. Klub rəsmisi, intizamsızlığa görə millidən qovulan Hüseynovla bağlı yekun qərarın əsas komanda Türkiyədən qayıtdıqdan sonra veriləcəyini bildirib:“Federasiya bu barədə bizə məlumat verib. Rəhbərliyin hazırkı qərarı belədir ki, futbolçu Bakıya qayıtdıqdan sonra məşqlərə buraxılmayacaq. Yanvarın 25-də əsas komanda Bakıya qayıdır. Bundan sonra komandanın idman direktoru futbolçuyla bağlı rəhbərliklə məsləhətləşəcək və qərar veriləcək”.

“Neftçi”nin futbolçusu Elnur Hüseynovla yanaşı, “Zaqatala”nın qapıçısı Vüsal Şabanov da siqaret çəkdiyi üçün yığmadan kənarlaşdırılıb.(komanda.az)

Oxşar xəbərlər

“Neftçi” rəsmisindən açıqlama - “Yazılanlar həqiqəti əks etdirmir”
Premyer Liqamızın bombardiri dopinqdən istifadə etdi - Etiraf
"Hondanın “Neftçi”də qalması özündən asılıdır” - Rüstəm Allahverdiyev
Siqaret çəkənləri "Qarabağ"lı əvəzlədi
"Neftçi"nin futbolçusu millidən uzaqlaşdırıldı - Siqaret çəkdiyi üçün

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər