reklam
Siqaret çəkənləri
Sportfm.az xəbər saytı

Siqaret çəkənləri "Qarabağ"lı əvəzlədi


Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

Sportfm.az xəbər verir ki, “Qarabağ”ın futbolçusu Qurban Məhərrəmov yığmaya çağırılıb.

Qapıçı yığmada yaranan qolkiper problemini həll etməlidi. Siqaret çəkdikləri üçün “Neftçi”nin qapıçısı Elnur Hüseynov və “Zaqatala”nın əlcək sahibi Vüsal Şabanov komandadan kənarlaşdırılıb. Samir Əliyevin çalışdırdığı yığmamız yanvarın 18-dən Antalyanın Bələk bölgəsində hazırlıq keçir. Komandamız burada 3 yoxlama oyunu keçirəcək. Sabah millimizi “Alanyaspor” klubunun U-19 komandasıyla oyun gözləyir. 25 və 27 yanvarda isə rəqib Şimali Makedoniyanın U-19 yığması olacaq.

Oxşar xəbərlər

Futbolçularımız yenə makedoniyalılardan üstün oldu
Eyni rəqiblə ikinci oyun
"Neftçi"nin siqaret çəkən futbolçusu ilə bağlı: "Məşqlərə buraxılmayacaq"
"Neftçi"nin futbolçusu millidən uzaqlaşdırıldı - Siqaret çəkdiyi üçün
"Qəbələ" futbolçusunu millidən geri çağırdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər