reklam
Roberto Bordinə görə
Sportfm.az xəbər saytı

Roberto Bordinə görə "Neftçi" nə qədər ziyana düşdü? -Havaya sovrulan milyonlara görə kim məsuliyyət daşıyır?


2018-ci ilin iyun ayında italiyalı Roberto Bordin "Neftçi"nin baş məşqçisi təyin edilmişdi. "Şerif"in sabiq çalışdırıcısı paytaxta gələndə onu italyan mahnısı ilə müşayiət edən bakılılar Bordini abırsız şəkildə yola saldı. Belə ki, bu günə qədər Azərbaycanda heç bir klubun çalışdırıcısı təlim-məşq toplanşı zamanı istefaya göndərilməyib. 

Sportfm.az saytı məlumat verir ki, 20 aydır "Neftçi"də olan Roberto Bordin və dəstəsinə(fiziki hazırlıq üzrə məşqçi və tərcüməçi) bu müddət ərzində 1 milyon 100 min manat pul ödənib. Üstəgəl menecerlərə verilən məbləğ və kompensasiyanı da nəzərə alsaq xalqın komandası 1.5 milyon manat pulu göyə sovurub. Bu müddət ərzində "Neftçi"yə heç bir ciddi uğur qazandıra bilməyən italiyalı Azərbaycanda xüsusi avtomobil, sürücü və mənzillə təmin edilib. Arxada qalan müddətdə sadalanan şeylərə 100 mindən çox xərc çəkilib. Klub prezidenti Kamran Quliyev SOCAR-ın pulunu (Bax- xalqın pulunu)dağıdaraq bu məsələyə görə məsuliyyət daşısa da, hazırda işinə davam edir. 

Hələ ki, vaxtından əvvəl müqaviləsinə xitam verilən Bordinin "Neftçi"dən nə tələb edəcəyini heç kəs bilmir. 

Oxşar xəbərlər

"Neftçi"nin sabiq baş məşqçisi danışıqlar aparır - "Şerif"lə
Kamran Quliyevin gizli planı - Bordin nə vaxt büdrəyəcəksə...
Tərlan Əhmədovdan 8 dəfə çox pul alan Roberto
Roberto Bordinin tanışlıq turu - VİDEO
Kamran Quliyev: Onu çətin yol gözləyir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər