20 Yanvar şəhidinin xatirəsinə güləş üzrə turnir keçirilir
Bakı İdman Sarayında 20 Yanvar şəhidi Müşfiq İsayevin xatirəsinə sərbəst güləş üzrə turnir keçirilir.
Sportfm.az xəbər verir ki, yarışda 2003-2004-cü il təvəllüdlü yeniyetmə güləşçilər mübarizə aparırlar. 23-cü dəfə təşkil olunan ənənəvi turnirdə pəhləvanlarımızla yanaşı, Rusiya, Gürcüstan, Qazaxıstan və Özbəkistan təmsilçiləri də qüvvələrini sınayırlar.
Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Güləş Federasiyasının təşkilatçılığı ilə reallaşan Memorialın keçirilməsində məqsəd Müşfiq İsayevin xatirəsini yad etməklə yanaşı, yeniyetmələr arasında sərbəst güləşin inkişafına və kütləviliyə nail olmaq, ölkədə güləşin bu növü üzrə perspektivli idmançıları aşkar etməkdən ibarətdir.
Oxşar xəbərlər
20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan turnir keçiriləcək
Güləş üzrə açıq respublika turniri davam edir
Müşviq İsayevin xatirəsinə həsr olunmuş turnir keçiriləcək
Güləşçilər Bakı İdman Sarayına toplaşdı
Beş ölkənin güləşçiləri Bakıda güclərini sınayacaqlar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası