
Müşviq İsayevin xatirəsinə həsr olunmuş turnir keçiriləcək
Yanvarın 11-12-də Bakı İdman Sarayında Müşviq İsayevin xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında sayca 22-ci açıq Respublika turniri keçiriləcək.
Sportfm.az xəbər verir ki, yarış 20 Yanvar şəhidi Müşviq İsayevin xatirəsini yad etmək, yeniyetmə güləşçilərin idman ustalığını artırmaq, perspektivli güləşçiləri aşkarlamaq, sərbəst və yunan-Roma güləşinin inkişafına və kütləviliyinə nail olmaq məqsədilə təşkil olunur.
Avqustda Bakıda keçiriləcək Avropa Gənclərinin Olimpiya Festivalının proqramında yer alan 6 çəki (45, 48, 51, 55, 60 və 65 kq) üzrə baş tutacaq mübarizədə Azərbaycan pəhləvanları ilə yanaşı, Gürcüstan, Özbəkistan, Qazaxıstan və Rusiyadan olan güləşçilər də iştirak edəcəklər.
İlk gün sərbəst, ikinci gün isə yunan-Roma güləşində qaliblər müəyyənləşəcək. İlk 3 yeri tutan güləşçilər diplom və medalla mükafatlandırılacaqlar.

№ | Komanda | o | x |
1 | Neftçı | 17 | 33 |
2 | Qarabağ | 17 | 33 |
3 | Zirə | 17 | 28 |
4 | Sumqayıt | 17 | 23 |
5 | Qəbələ | 17 | 21 |
6 | Səbail | 17 | 16 |
7 | Keşlə | 17 | 15 |
8 | Sabah | 17 | 15 |
№ | Komanda | o | x |
1 | Araz | 17 | 51 |
2 | Marafon | 17 | 39 |
3 | EKOL | 17 | 39 |
4 | Neftçi İK | 17 | 36 |
5 | Baku Fire | 17 | 28 |
6 | Bakı TFK | 17 | 17 |
7 | Premier Quba | 17 | 14 |
8 | Record club | 17 | 13 |
9 | Xızı Futzal | 17 | 12 |
10 | Yasamal İSK | 17 | 5 |
№ | Komanda | o | x |
1 | Turan-Tovuz | 14 | 32 |
2 | Zaqatala | 15 | 31 |
3 | Neftçi-2 | 14 | 30 |
4 | Sabah-2 | 14 | 29 |
5 | Qarabağ-2 | 15 | 22 |
6 | Kəpəz | 13 | 16 |
7 | Keşlə-2 | 14 | 11 |
8 | Qaradağ Lökbatan | 14 | 10 |
9 | Sumqayıt-2 | 13 | 9 |
10 | MOİK | 14 | 6 |