

Güləşçilər Bakı İdman Sarayına toplaşdı
Yanvarın 16-da Bakı İdman Sarayında Müşfiq İsayevin xatirəsinə həsr olunan sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında 21-ci açıq respublika turniri start götürüb.
Sportfm.az xəbər verir ki, beynəlxalq turnir 20 Yanvar şəhidi Müşfiq İsayevin xatirəsini yad etmək, yeniyetmə güləşçilərin idman ustalığını artırmaq, perspektivli güləşçiləri aşkarlamaq, sərbəst və yunan-Roma güləşinin inkişafına və kütləviliyinə nail olmaq məqsədilə keçirilir.
Dünya Güləş Birliyinin qaydalarına əsasən sərbəst güləşçilər Olimpiya çəki dərəcələri olan 48, 55, 65, 80 və 110, yunan-Roma güləşçiləri isə 45, 51, 60, 71 və 92 kiloqram çəki dərəcələrində mübarizə aparırlar. Turnirdə 2001-2002-ci il təvəllüdlü idmançılar güclərini sınayırlar. İki gün davam edəcək turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Gürcüstan, Özbəkistan, Qazaxıstan və Rusiyadan olan güləşçilər də iştirak edirlər.
Yarışların birinci günündə yunan-Roma, ertəsi gün isə sərbəst güləşçilər xalça üzərinə çıxacaqlar.
Oxşar xəbərlər
20 Yanvar şəhidinin xatirəsinə güləş üzrə turnir keçirilir
Güləş üzrə açıq respublika turniri davam edir
Müşviq İsayevin xatirəsinə həsr olunmuş turnir keçiriləcək
Yeniyetmə və gənclər arasında Azərbaycan çempionatı keçiriləcək
Beş ölkənin güləşçiləri Bakıda güclərini sınayacaqlar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sumqayıt" Yankoviçi aldı, "Şamaxı" Rikardonu heyətinə qatdı - Transferlər
-
"Kəpəz" milli üzvünü transfer etdi - FOTO
-
"Qarabağ" Krisi transfer etdi - 6 nömrəli formanı daşıyacaq
-
Azərbaycan 1-ci Liqasının başlama tarixi bilindi
-
Atası idmançı qızını güllələdi - Olay
-
“Turan Tovuz”da ayrılıq - Onu da göndərdiər