Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Dakar" rallisində motosikletçi həlak oldu -FOTO
Portuqaliya motosikletçisi Paulu Qonsalveş "Dakar" marafonun yeddinci mərhələsinin gedişatında həlak olub.
Sportfm.az xəbər verir ki, 40 yaşlı idmançı 276-cı kilometr mərhələdə motosikletdən yıxılıb. Hadisə yerinə tibb helikopteri göndərilib. Həkimlər Qonsalveşə ürək dayanması diaqnozunu qoyublar və yerdə reanimasiya keçiriblər. İdmançı xəstəxanaya yerləşdirilib, lakin o, ölüb.
"Dakar" yarışı portuqaliyalı üçün 13-cü olub.
"Dakar" yarışı 2020-ci ildə ilk dəfə Səudiyyə Ərəbistanında keçirilir. Yarış yanvarın 17-də başa çatacaq.
Oxşar xəbərlər
Dakar rallisində ağır qəza - Hadisə
“Dakar” marafonunda qəza - Motoidmançı vəfat etdi
İdmançılar 11 mərhələdə mübarizə aparacaqlar
“Dakar-2021”-in təqdimatı olacaq
Dakar rallisi yalnız bir ölkədə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası