reklam
Hemilton yanğının söndürülməsinə 500 min yardım ayırdı
Sportfm.az xəbər saytı

Hemilton yanğının söndürülməsinə 500 min yardım ayırdı


Formula 1 çempionu Luis Hemilton Avstraliyada meşə yanğınlarının söndürülməsinə dəstək olaraq maddi yardım edib.
Sportfm.az xəbər verir ki, bu haqda Britaniyanın "The Sun" nəşri məlumat yayıb.

Qeyd edək ki, ölkənin cənub-şərqindəki yanğınlar zamanı 27 nəfər həlak olub, 2000 ev zərər görüb. Hamilton həmçinin yanğınlar zamanı təbiətə dəyən zərərdən və heyvanların kütləvi şəkildə təlaf olmasından narahatlığını özünün rəsmi İnstaqram səhifəsində ifadə edib.

Hamilton bildirib ki, o, meşə yanğınlarının söndürülməsində iştirak edən yanğınsöndürənlərə və digər qurumlara 500 min Avstraliya dolları (344 min ABŞ dolları) məbləğində yardım edib.

Oxşar xəbərlər

Ronaldo zəlzələzədələrə belə yardım etdi
Hemilton Türkiyə Qran-prisində cəzalandı - Formula 1
Altay Əliyev orduya maddi yardım etdi - FOTO
AFFA 1.5 milyon dollar əldə edəcək - FİFA-dan yardım
AFFA-ya maddi yardım təsdiqləndi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər