reklam
Nihadın komanda yoldaşı güllələndi, maşını yandırıldı -
Sportfm.az xəbər saytı

Nihadın komanda yoldaşı güllələndi, maşını yandırıldı -FOTO


Serbiya və Çernoqoriya millisinin sabiq hücumçusu Darko Kovaçeviç Yunanıstanda silahlı basqına məruz qalıb.

Sportfm.az xəbər verir ki, keçmiş futbolçuya Afinadakı evinin yaxınlığında hücum edilib. Cinayəti törədənlər ona atəş açıb. 46 yaşlı futbol adamı ayağından yaralanıb. Xuliqanlar iz itirmək üçün Kovaçeviçin maşını yandırıblar. 

Qeyd edək ki, Darko Kovaçeviç İspaniyanın "Real Sosyedad" komandasında türkiyəli Nihad Kahvəci ilə birlikdə çıxış edib. Həmçinin serbiyalı futbolçu "Srvena Zvezda", "Yuventus", “Latsio” və "Olimpiakos" kimi klublarda oynayıb.

 

Oxşar xəbərlər

Kovaçın testi müsbət nəticə verdi - Özünü yaxşı hiss edir
ŞOK: Kovaçeviçə hücumu sabiq komanda yoldaşı təşkil edib
Erməni dünya çempionu Moskvada güllələndi
Lempard onun keçidinə qərar verdi - FOTO
Üç futbolçunun "ipini kəsdilər", başqaları gələcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər